SAÇLARA QULLUQ

Cosmetics

  • SAÇ KƏSİMİ

    15 AZN

    İllərlə bu sahədə çalışmış, təlim görmüş saç ustalarımız sizin üçün gözlədiyinizdən daha artığını edəcək. Ustalarımızın müştəri istəklərini tez başa düşən və gülər üzlü olması müştərilərimizi həmişə məmnun edir.

  • UKLADKA

    10 AZN

    Başqa adla saçın düzləşdirilməsi, formaya salınması. Bir çox xanımların gündəlik ehtiyacıdır bu xidmət. Elə indi öz yerinizi rezervasiya edin, gözəl saçlarınızın daha səliqəli olmasını təmin edin.

  • SAÇ DÜZÜMÜ

    30 AZN-den BAŞLAYIR

    Özəl gününüzdə sizi daha da gözəl edən müxtəlif saç düzümləri təklif edirik. Son trendləri izləyən, təcrübəli ustalarımızla salonumuzda keçirdiyiniz vaxtdan zövq alacaqsınız. Mükəmməl görünüşünüzün sizə verdiyi özgüvən ilə gedəcəyiniz tədbirdə özünüzü əla hiss edəcəksiniz.

GƏLİN BƏZƏDİLMƏSİ

Hairdressing

  • GƏLİN BƏZƏDİLMƏSİ PAKETİ

    300 AZN

    Bu günün sizin üçün nə qədər vacib olduğunu çox yaxşı başa düşürük. Məhz buna görə sizi salonumuza dəvət edirik. Gəlin Bəzədilməsi bir paketdir və bura daxil olan xidmətlər: mankikür, pedikür, üz qaş, saç düzümü, vizaj.

VİZAJ

Body Treatments

  • SADƏ / GÜNDƏLİK MAKİYAJ

    25 - 30 AZN

    Gündəlik işə gedən və ya sadəcə sadə makiyaja üstünlük verən xanımlarımıza tez və praktik makiyaj növləri təqdim edirik ki, onlar gün boyu özlərini komfortlu hiss etsinlər.

  • GECƏ MAKİYAJI

    50 AZN

    Bu bəlkə də ən çox ehtiyac duyulan növlərdəndir. Gecə makiyajı libasın rənginə, gediləcək tədbirin növünə və xanımın üz quruluşuna görə seçilir və böyük ustalıq tələb edir. Silinməyən və ecazkar makiyaj üçün biz həmişə sınanmış markaların, keyfiyyətli məhsullarından istifadə edirik.

  • KİRPİK QAYNAĞI

    60 AZN

    Qadın gözəlliyinin əvəzsiz parçasıdır uzun kirpiklər. Əgər qısa və tökülən kirpiklər sizi narahat edirsə, onda bu xidmət sizin üçündür, indi rezervasiya edin.

ƏLLƏRƏ QULLUQ

Massages

  • MANİKÜR

    10 AZN

    Əllərimizin səliqəli görünməsi xarakterimiz barədə ilkin təsəvvür yaradır. Ona görə biz xanımlarımıza gigenik alətlərlə manikür xidməti təklif edirik. Çünki sizi sevirik!

  • ŞELLAK

    15 AZN

    Şellak dırnaq çıxıntılarının örtülməsi, dırnaqların hamarlaşdırılması üçün tətbiq olunan müasir üsuldur. Dünya ulduzları adətən bu üsul ilə dırnaqlarını hamarlaşdırır.

  • DIRNAQ QAYNAĞI

    50 AZN

    Dırnaq uzutmaq istəyən amma qırılmasından şikayətlənən xanımlarımız üçün təklif etdiyimiz bir həll. Təcrübəli ustalarımız bu işi ən professional şəkildə sizlər üçün təqdim edir.

AYAĞA QULLUQ

Cosmetics

  • PEDİKÜR

    20 AZN

    Bəzən özünəqulluq zamanı ayaq dırnaqlarımızı unuda bilirik amma əksər diqqətli xanımlar pedikürə xüsusi önəm verir. Bizim salonda pedikür tam gigenik şəraitdə aparılır və alətlərin təmizliyinə zəmanət verilir.

  • ŞELLAK

    25 AZN

    Dırnaqlarda olan kələ-kötürlüyü aradan qaldırmaq üçün istifadə olunan bu müasir vasitə bizim salonun ziyarətçiləri tərəfindən çox sevilir. Parlaq, hamar dırnaqlar üçün sizi də şellak xidmətindən yararlanmağa dəvət edirik.

  • DIRNAQ QAYNAĞI

    60 AZN

    Bəli tez-tez sınan dırnaqlar çoxunu narahat edir, uzun və gözəl dırnaqlar estetik görünüşün tamamlayıcı parçasıdır.

KOSMETALOJİ XİDMƏTLƏR

Cosmetics

  • ÜZÜN TƏMİZLƏNMƏSİ

    35 AZN

    Bu xidmət üzdə olan qara ləkələri aradan qaldırmaq üçün təklif olunur və ən çox tələb duyulan xidmətlərdən biri sayılır.

  • ÜZ BAXIMI

    25 AZN

    Üzünüz üçün təravətləndirici maskalar və masajlar istəyinizdirsə bu xidmət sizə görə hazırlanıb. Rezervasiya edin və ya sadəcə salonumuza gəlin

  • MEZOTEROPİYA

    50 - 100 AZN

    Dərini təravətləndirmək üçün, dəridə olan sızanaqların müalicəsində, üz dərisinin strukturunu yaxşılaşdırılmasında istifadə olunur.

  • BİOREVİTALİZASİYA

    100 - 300 AZN

    Bu üsul üz dərisinin elastikliyini və tonusunu artırmaq üçün istifadə olunur. Biorevitalizasiya lazer prosedurlarından, dəri xəstəliklərindən, pilliqdən sonra məsləhət görülür.

  • PLAZMALİFTİNQ

    100 - 300 AZN

    Plazmaliftinq tibbin ən son yeniliklərindən biridir, bu üzdə olan problemlərin həllində, saçın stuktunun yaxşılaşdırılmasında, onların tökülməsinin qarşısını almaqda və striyaların müalicəsində istifadə olunur. Bu metodun əsas üstünlüyü onun heç bir əks təsirinin və allergik reaksiyasının olmamasıdır. Çünki prosedur zamanı xəstənin öz qanından istifadə olunur. Qiyməti tətbiq olunduğu nahiyyədən və istifadə olunan preaparatlardan asılı olaraq dəyişir.

  • BOTULİNOTERAPİYA (BOTOKS) ÜZ ÜÇÜN

    80 - 250 AZN

    Bu üsul daha çox yetgin xanımlarımızda, üzdə olan qırışların aradan qaldırılması üçün istifadə olunur və yüysək effektivliyə malikdir.

  • BOTULİNOTERAPİYA (BOTOKS) QOLALTI ÜÇÜN

    250 - 400 AZN

    Qolaltına tətbiq olunan bu metod tərləmənin qarşısını almaq üçün istifadə olunur. Qiymət istifadə olunan preaparatdan asılı olaraq dəyişir.

  • ÜZ VƏ DODAQ DOLĞULARI

    50 - 300 AZN

    ÜZ VƏ DODAQ DOLĞULARI

    TƏBİİ DOLĞULAR
    Bu dolğular üzün və dodaqların dolğun görünməsi üçün istifadə olur. Təbii dolğular əks təsirinin minimum olması ilə fərqlənir və daha keyfiyyətli dolğular hesab edilir. Qiymətlər preaparatdan və nahiyyədən aslı olaraq dəyişir
    150 - 300 AZN
    SİNTETİK DOLĞULAR
    Sintetik dolğular daha ekonomik dolğulardır və təbii dolğular kimi üzün və dodaqların dolğun görünməsində istifədə olunur
    50 - 80 AZN
  • APARAT İLƏ TƏKLİF OLUNAN XİDMƏTLƏR

    60 - 200 AZN

    APARAT İLƏ TƏKLİF OLUNAN XİDMƏTLƏR

    OXY aparatı üzə oksigen yeridilərək, ölmüş hüceyrələrin yerinə yeni hüceyrələrin yaranmasını tezləşdirən bir cihazdır. Bu müalicədən sonra dərinin cavanlaşmasını və təravətlənməsini hiss edəcəksiniz. 60 AZN
    ELOS PLUS aparatı üzdə və bədəndə olan piqment ləkələrini, bədəndə olan striyaların və çatların, aradan qaldırılmasında istifadə olunur 80 - 200 AZN

LAZER EPİLYASİYASI

Cosmetics

  • ALEKSANDRİT APARATI İLƏ (GENTLE LASE PRO)

    ~

    Bu ən müasir istənilməyən tüklərdən qurtulmaq üçün ən müasir vasitələrdəndir. Hazırda dünya ulduzları bu aparata etibar edir. Qiymətləri burda verə bilmirik, çünki nahiyyədən aslı olaraq dəyişir. Məlumat üçün zəng edin: 012 436 18 11

  • DİODLU LAZER İLƏ (ELOS PLUS)

    ~

    Bu sınanmış və etibar olunan bir vasitədir, yüksək effektivliyinə görə müştərilər onu sevir. Qiymətləri burda verə bilmirik, çünki nahiyyədən aslı olaraq dəyişir. Məlumat üçün zəng edin: 012 436 18 11

MASSAJ

Cosmetics

  • LPG

    30 AZN (1 seans)

    Bu metod arıqlamaq və bədən korreksiyası üçün istifadə olunur. Bir seans 30-40 dəqiqə təşkil edir.

  • MİOSTİMULYASİYA

    20 AZN (1 seans)

    Bu müasir vasitə boşalan və sallanan bədən əzələlərini bərkitmək üçün istifadə olunur.

  • TERMO-YORĞAN

    20 AZN (1 seans)

    Arıqlamaq istəyirsiz? Bir çox metodları var amma ən sürətli və ziyansız üsullarından biridir - Termo-Yorğan. Bu zaman şəxs yüksək tempreraturda tərləyir və artıq çəkilərdən qurtulur.

  • VELOSHAPE 3

    80 AZN (1 seans)

    Bu aparat ilə bədən formaları korreksiya olunur. Nəticədə bədən daha gənc və gümrah olur.

  • VİBRO MASAJ

    20 AZN (1 seans)

    Xüsusən irəliləyən yaşlarda sellilüt xanımlarda narahatlıq yaradıcı xəstəlik hesab olunur. Bu xidmət vasitəsi ilə sellilütün dərinliyindəm aslı olaraq bir necə seansa ondan qurtulmaq olar.

SAUNA

Cosmetics

  • SAUNA

    10 AZN (1 saat)

    Əla istirahət və eyni zamanda bədən toksinlərindən qurtulmaq üçün sauna yaxşı fikirdir. Üstəlik rəfiqələrinizlə birgə gələ bilərsiniz.

SOLYARİ

Cosmetics

  • Solyari

    5 AZN (10 deq. - 1 seans)

    Yaxşı qaralmaq üçün uzun müddət günəş altında qalmalı deyilsiniz. Cəmi bir necə seansa əla qaralın. Günəşə qarşı həssas olan insanlara xüsusən tövsiyə edilir.

 

Paris Beaute Haqqında

Təməli Fransız ustası tərəfindən qoyulan Paris Beaute esetik mərkəzi, 2007-ci ildən xanımlarımızın xidmətindədir. Məqsədimiz xanımlarımızın daha gözəl və baxımlı qalmasına yardımçı olmaqdır.

Ən müasir avadanlıqlar, təcrübəli ustalar, profesional həkimlərlə sizə xidmət etməkdən məmnunluq duyuruq.